Qırxbulaq Kənd 47 Saylı Filial

Qırxbulaq Kənd 47 Saylı Filial
Tədbirlər
17 Yanvar , 2020

17 yanvar 2020-ci il tarixdə MKS-nin 47№li Qırxbulaq kənd kitabxana filialında Ümumxalq hüzn günü ilə əlaqədar “Yanvar Qürur Və Şərəf Tariximiz” adlı anım günü keçirildi.Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Abdullayeva Məsafət açdı. O, qara yanvar haqqında öz məruzəsində qeyd etdi ki, 1990-cı il yanvarın 20-də Azərbaycan torpağına kədər üz vermişdir. Heç bir günahı olmayan onminlərlə insan qanına qəltan edilmişdir. Sonra söz Qırxbulaq kənd orta məktəbin müdiri tarix müəllimi Araz müəllimə verildi. O, da öz çıxışında qeyd etdi ki, o vaxtdan 30 il keçir. Amma hələ şəhidlər xiyabanının gülləri-çiçəkləri solmayıb solmayacaqda. Sonda kitabxananın fəal oxucularından olan Məmmədova Vəfa, Bayramova Aysel, Həşimov Emin, Aslanov Cavid 20 yanvar faciəsinə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Sonda 20 yanvar faciəsinə həsr olunmuş sərgiyə və fotostendə baxış oldu. 

Foto Qalereya