Baş Zəyzid Kənd 49 Saylı Filial

Baş Zəyzid Kənd 49 Saylı Filial
Tədbirlər
18 Yanvar , 2020

2020-ci il 18 yanvar tarixdə MKS-nin 49 saylı filialında Baş Zəyzid Kənd Sənətkarlıq Evi  ilə birlikə 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar “Qanlı Yanvar” adlı anım günü təşkil edildi.Tədbir iştirakçıları  əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını verən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.Baş Zəyzid Kənd Sənətkarlıq Evinin direktoru X.Mahmudov çıxış edərək dedi ki,1988-ci il idi. Tarix boyu həmişə xalqımıza arxadan zərbə vuran, əzəli Azərbaycan ərazilərinin hesabına Ermənistan yaradan bədnam qonşularımız ermənilər yenə torpaq iddiası ilə çıxış etməyə başlamışdılar. Bu dəfə onlar keçmiş ittifaq rəhbərliyindəki və xarici ölkələrdəki lobbilərinin köməyi ilə respublikamızın dilbər guşəsi olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb öz ərazilərinə qatmaq istəyirdilər. Bu məkrli planı həyata keçirmək üçün ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisini zorla oradan qovur, soydaşlarımızın yaşadıqları kəndlərə silahlı hücumlar təşkil edir, evləri yandırır, günahsız insanları qətlə yetirirdilər.Təbii ki, ermənilərin hərəkətləri xalqın böyük qəzəbinə səbəb oldu. Bakıda və bölgələrdə etiraz dalğaları baş qaldırdı. Xalq mitinqlərə çıxaraq mərkəzi hakimiyyətdən Dağlıq Qarabağda Azərbaycanın hüquqlarını bərpa etməyi, qanunlara tabe olmayan erməniləri cəzalandırmağı tələb edirdi.  Bundan qorxuya düşən mərkəzi hakimiyyət Azərbaycana qoşun yeritmək və xalqın milli-azadlıq mübarizəsini qan dənizində boğmaq üçün məqam gözləyirdi. 1990-cı ilin yanvarında hadisələr daha gərgin məcraya yönəldi. Bakıya qoşun yeridiləcəyi barədə söhbətlər səngimək bilmirdi. Yanvarın 19-da Azərbaycanı candan əziz sevən insanlar - tələbələr, ziyalılar, sıravi vətəndaşlar Bakıya yeridiləcək qoşunların yolunu kəsmək üçün şəhərin şimal qapısındakı meydana, küçələrə toplaşmış, canlı sipər qurmuşdular. Bu, mərdliyin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Nə havanın soyuğu, nə həyəcanlı xəbərlər insanları çəkindirmirdi, əksinə sıralar daha da sıxlaşırdı.MKS-nin 49 saylı filialının müdiri Z.Abbsaov da Xanlar müəllimin çıxışına əlavə olaraq qeyd etdi ki,  həmin gecə dəhşətli hadisələr baş verdi. İlk növbədə televiziyanın enerji bloku partladıldı, bütün respublika informasiya blokadasına alındı. Gecəyarısı şəhərə hücum çəkən ən müasir silahlarla silahlanmış qoşunlar əliyalın insanları güllə yağışına tutdular. Onlar heç kəsə aman vermir, qarşılarına çıxan hər kəsi amansızlıqla qətlə yetirirdilər.   Qanlı 20 Yanvar faciəsi 131 nəfər soydaşımızın həyatına son qoydu, 744 nəfər bu və ya digər dərəcədə xəsarət aldı, yaralandı. Fəqət 20 Yanvar tariximizin yalnız faciə deyil, həm şərəf, ləyaqət səhifəsidir. Dünya Azərbaycan xalqının ümummilli məsələlərdə birləşərək qətiyyət nümayiş etdirməsinin, müstəqillik, azadlıq uğrunda şəhid vermək əzminin şahidi oldu. Tədbirin sonunda iştirakçılar bədii qiraət dərnəyi üzvülərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya və  20 yanvara həsr olunmuş guşəyə tamaşa etdilər.

Foto Qalereya