Qoxmuq Kənd 55 Saylı Filial

Qoxmuq Kənd 55 Saylı Filial
Tədbirlər
8 Noyabr , 2018

8 Noyabr 2018ci il tarixində Şəki şəhər Qoxmuq kənd tam orta məktəbi, Mədəniyyət evi və MKS-in 55 N-li kitabxana filialı birlikdə "Bayraq Günü" münasibəti ilə məktəbin akt zalında tədbir keçirmişdir. Tədbirdə ilk olaraq  məktəbin tarix müəllimi Fətəli Babayev  bayrağımızın yaranması haqqında danışmışdır.  Sonra məktəbin musiqi müəllimi Nəbiyeva Asuda "Yaşa Azərbaycan" mahnısını ifa etmişdir. Daha sonra məktəbimizin şagirdlərindən Daşdəmirova Zümrüd - "Əsir Azərbaycanım", Əfəndiyeva Ləman - "Sən qalib gələcəksən ", Daşdəmirova Aysun - "Vətəndaş", Həsənzadə Fərid - " Bayraq ", Salamov Seymur - " Azərbaycan" şeirlərini oxumuşlar. Məktəbin şagirdləri Vətənə və Bayrağa aid mahnılar ifa etdilər.

Foto Qalereya