Qoxmuq Kənd 55 Saylı Filial

Qoxmuq Kənd 55 Saylı Filial
Tədbirlər
18 Yanvar , 2019

18 Yanvar 2019-cu il tarixində Şəki şəhər Qoxmuq kənd tam orta məktəbi, MKS-in 55 N-li filialı və Mədəniyyət evi birlikdə 20 Yanvar faciəsinin 29-cu il dönümünə aid Şəhidlər abidəsinin önündə “20 yanvar faciəsi” adlı  anım günü tədbiri keçirilmişdir. Tədbirdən əvvəl kənd əhalisi ilə birlikdə məktəbin müəllimləri, kitabxana və mədəniyyət evi işçiləri kəndimizin şəhidlərini yad etmişlər.  Sonra Şəhidlər abidəsinin önündə anım gününə aid tədbir başlamışdır.  Giriş sözü ilə icra nümayəndəsinin müavini Əliyev Zeynal tədbiri açıq elan etmişdir. Sonra məktəbin tarix müəllimi Babayev Fətəli 20 Yanvar günü baş vermiş hadisələrdən danışmış, Şəhidlərimizin qəhrəmancasına həlak olmaları, igidliyi haqqında məlumat vermişdir. Sonra kendimizin ağsaqqalı Daşdəmirov Musa bu faciə haqqında öz   bildiklərini danışdı, şəhid ailələrinə dərin hüznlə başsağlığı verdi və onlara  allahdan səbr dilədi.  Sonra məktəbimizin şagirdlərindən Daşdəmirova Aysu və Salamlı Melisə "Şəhidlər " şeirini ifa etdilər.  Daha sonra İsmayıllı Zəhra "Qara yanvar ", Osmanova Aydan və Salamlı Rəsmiyyə "Unutmaq olarmı sizi şəhidlər " mahnisini ifa etdilər.  Sonda isə məktəbimizin dil-ədəbiyyat müəllimi Şxəliyev Bayram bu gün haqqımda danışdı və tədbiri bağlı elan etdi. 
Bu gün heç bir zaman bizim yaddaşımızdan silinməyəcək, illər keçdikcə bu ağrı, acı daha da alovlanacaq, bu da bizi öz torpaqlarimizi almağa kömək edəcək. Biz inaniriq ki, bir gün Azərbaycanimizin üçrəngli zəfər bayrağı Qarabağdan asılacaq. Allah vətənimiz uğrunda şəhid olanlara rəhmət eləsin,nur içində yatsınlar. Bilsinlər ki,biz onların qanlarını yerdə qoymayacağıq.

Foto Qalereya