Qoxmuq Kənd 55 Saylı Filial

Qoxmuq Kənd 55 Saylı Filial
Tədbirlər
21 Fevral , 2019

21 fevral 2019-cu il tarixində Qoxmuq kəndində yerləşən MKS-in 55 N-li filialı Qoxmuq kənd tam orta məktəbi ilə birlikdə Ana dili gününə həsr olunmuş "Ana dilim səndədir xalqın əqli, hikməti" başlığı altında tədbir keçirmişdir. Tədbirdə Qoxmuq kənd orta məktəbinin direktoru Daşdəmirova Günay tədbir iştirakçılarını salamladı və tədbiri açıq elan etdi. Sonra şagirdlər kiçik səhnəciklər göstərib, rəqslərini nümayiş etdirdilər. Daha sonra şagirdlərdən Daşdəmirova Zümrüd, Daşdəmirova Aysun Əfəndiyeva Ləman Ana dilinə aid şeirlər söylədilər. Sonda Saybət Bayramova tədbiri bağlı elan etdi.

 

Foto Qalereya