Oxud Kənd 56 Saylı Filial

Oxud Kənd 56 Saylı Filial
Tədbirlər
25 Fevral , 2020

    25 fevral 2020-ci il tarixdə Oxud folklor evində MKS-nin 56 №li  kitabxana filial ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş “Xocalım ay Xocalım” adlı tədbir keçirilmişdir. Tədbirdə Oxud kənd İcra nümayəndəsi Oruc Əhmədov, Oxud bələdiyyəsinin sədri İlyaslı Orxan, Oxud kənd ümumi orta məktəbin müəllim və şagird kollektivi iştirak etmışdi.

    Tədbiri məktəbin direktoru Murad İsmayılov açaraq qeyd etdi ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Sonra tarix müəllimi Ülviyyə İbrahimxəlilova çıxışında Xocalı soyqırımı nəticəsində 63-ü uşaq,106 qadın,70-i qoca olmaqla 613 nəfər həlak olduğu haqqında danışdı. Xocalı sakinləri qanunsuz olaraq əmlakları Xankəndində və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. Azərbaycanda Xocalı soyqırımının dünya mətbuatına çatdırılması əsasən Azərbaycanın Milli qəhramanı Çingiz Mustafayev ilə əlaqələndirilir. Xocalının müdafiəsi zamanı Azərbaycanın 7 milli qəhramanı iştirak etmişdir. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətindən biri kimi müəyyənləşdirilir. Sonra məktəbin şagirdlərindən Nəzrin Mustafazadənin, Aysel Kərimlinin, Nübar Qədirlinin ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər səsləndirildi. 

Foto Qalereya