Baş Göynük Kənd 62 Saylı Filial

Baş Göynük Kənd 62 Saylı Filial
Tədbirlər
17 Yanvar , 2020

17 Yanvar 2020-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən B.Göynük kənd  sənətkarlıq evi, 62 saylı kitabxana filialı ilə birgə 20 Yanvar Şəhidlərinin 30-cu il dönümünə həsr olunmuş  “Şanlı Tariximiz” adlı anım günü  keçirmişdir. Tədbirdə Vətən uğrunda Şəhid olmuş  igid övladlarımızın xatirəsi sükutla yad olunmuşdur. Daha sonra  məktəbin direktoru çıxış edərək bildirmişdir ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə və insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

 MKS-nin 62  saylı kitabxana filialının müdiri  Talıbova Səlamət çıxış edərək Vətən uğrunda Şəhid olmuş günahsız insanların başlarına gətirilmiş faciələrdən ürək ağrısı ilə danışmışdır.

 Sənətkarlıq evinin diektoru Bəkirov Qərib  tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirmişdir.

 Tədbirin sonunda şagirdlərin dilindən  Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilmiş  və onların məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.

Foto Qalereya