Qumux Kənd 63 Saylı Filial

Qumux Kənd 63 Saylı Filial
Tədbirlər
25 Fevral , 2019

25.02.2019-cu il tarixində MKS-inin 63 nömrəli kitabxana filialında Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı” adlı anım tədbiri keçirdi. İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Əzizov Elçin açdı. O Xocalı soyqırımı haqqında məlumat verdi və bildirdi ki 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini,  130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Elçin müəllim sözü məktəb direktoru Cumayev Vüqar müəllimə verdi. O da öz növbəsində faciə haqqında məlumat verdi. Daha sonra məktəb müəllimlərindən Tarix müəllimi Məmmədov İxtiyar, müəllimlərdən Babayev Elşən, Əzizova Nərminə müəllim faciə haqqında danışdılar. Sonda kitabxana işçisi Cumayeva Səkinə xanım Xocalı faciəsindən danışdı və tədbiri bağlı elan etdi.

Foto Qalereya