MKS-nin 24 saylı kitabxana filialı

MKS-nin 24 saylı kitabxana filialı
Tədbirlər
11 Dekabr , 2018
MKS-nin 24№li kitabxana filialı 11.12.2018-ci il tarixdə 19№li orta məktəbin müəllim kollektivi ilə Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə “Azərbaycan ədəbiyyatı və Hüseyn Cavid yaradıcılığı” adlı oxucu konfransı keçirdi. Oxucu konfransını kitabxana filialının müdiri Rahilə Qasımova açaraq iştirakçıları salamladı və Hüseyn Cavidin həyatı haqqında ətraflı məlumat verdi.
Tədbirdə iştirak edən TİÜDM Firuzə Musayeva çıxışında söylədi ki, Cavidin yazmış olduğu pyeslərin vurğunuyam. Çünki, əsərlərinin ideyası bu gündə öz aktuallığını saxlamışdır. Cavid yaradıcılığa poeziya ilə başlasa da, o Azərbaycan ədəbiyyatı tarixində daha çox dramaturq kimi şöhrət tapmış və bu janrın bir çox təkrarsız nümunələrini yaratmışdır. Ədibin olduqca zəngin dramaturji yaradıcılığı “Ana”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğənbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” və başqa pyeslərlə səciyyələnir.
Ədəbiyyat müəllimləri Sədaqət Həsənova, Laləzər Əliyeva, Elmira Bayramova, Məhəbbət Atayeva, Natella Məmmədova, çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən, zənginləşdirən qüdrətli söz ustası Hüseyn Cavid öz yaradıcılığı ilə, dərin hikmətli və fəlsəfi poeziyası, təkrarsız dramaturji əsərləri ilə Azərbaycanda milli şüurun intibahına xidmət göstərməsindən danışdılar. 
Müəllifin bir çox əsərləri teatr səhnələrində dəfələrlə tamaşaya qoyulmuş, bundan sonra da qoyulacaq. 
Oxucu konfransında məktəblilər ədibin “Qız məktəbində” və “Qadın!” şeirini söylədilər. Tədbir iştirakçıları sonda ədibin kitablarından ibarət “Böyük ədib, unudulmaz müəllim” adlı kitab sərgisi ilə tanış oldular.