Qala qəsəbə kitabxana filialı

Qala qəsəbə kitabxana filialı
Xəbərlər
28 Noyabr , 2018

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 6 saylı filialı "İstedadlı oxucularımızı dünyaya tanıdaq!" adlı rubrikasının növbəti istedadlı oxucusu Aludə Murtuzayevanı izləyicilərə təqdim edib.

Alidə Murtuzayeva 1996-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı şəhəri Xəzər rayonu 92 saylı tam orta məkrtəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin tələbəsidir.Çox istedadlıdır və vətənpərvər qızdır. 
15 yanvar 2011-cu il tarixdən Xəzər rayon MKS-nin 6 saylı filialının fəal oxucusudur. İlk götürdüyü kitab "S.Mümtaz Azərbaycan ədəbiyyatının qaynaqları" kitabı olub, hazırda Ş.Svayq seçilmiş əsərləri  kitabını oxuyur. Kitabxana qaydalarına ciddi riayət edir, məsuliyyətlidir, səliqəlidir. 

Filial müdiri Samirə Nəsirova bildiribki, "Alidə kitabxanaya üzv olduğu gündən öz tərbiyəsi, yüksək intellekti ilə bütün kitabxana əməkdaşlarının xüsusi  rəğbətini qazanıb. Demək olarki, kitabxana fondundakı bədii, hüquq və politologiya şöbələrinin kitablarının əksəriyyətini mütaliə edib. Alidəgilin ailə üzvləri ziyalı, xüsusi istedada malik insanlardırlar. beləki, Alidənin nənəsi Laçın rayonunda uzun illər kitabxanaçı vəzifəsində işləyib. Atası isə daş, heykəl üzrə bacarıqlı sənətkardır. Qardaşı Telman  gözəl rəsm əsərləri çəkir, heykəltəraşlıqla məşğul olur.Onlar da kitabları sevdikləri üçün kitabxanamızın fəal oxucularıdırlar. Onların arzusu tezliklə doğma Laçın rayonuna qayıtmaq və orada yenidən qurub yaratmaq. yaşamaq, yaşatmaqdır Laçınımızı! Biz bütün xalqımıza bu arzunun yerinə yetməsini arzu edirik! 

Biz kitabxana əməkdaşları fəal, istedadlı oxucularımızla fəxr edirik, onlara işlərində və yaradıcılıqlarında uğurlar arzulayırıq! Bizim kitabxananın istedadlı və fəal oxucuları çoxdur və tədricən onları bu rubrika vasitəsi ilə hamı tanıyacaq!"

Qeyd edək ki, bu rubrika eyni zamanda həm cls.az/xəzər mks/qala qəsəbə kitabxana filialı saytında və həmçinin də facebook sosial şəbəkəsində qeydiyyatdan keçmiş "Qala qəsəbə kütləvi kitabxana" və "Мои любимые книги" səhifələrində də yayımlanır. Rubrikanın sosial şəbəkələrdöə yayılmasında məqsəd istedadlı və fəal oxucuların müxtəlif bölgələrdə yaşayan insanlar tərəfindən tanınması və eləcə də müxtəlif yaş qruplarından olan insanları mütaliəyəyə, kitabxanalara cəlb etməkdir.