4 saylı Burunlu kənd kitabxana filialı

4 saylı Burunlu kənd kitabxana filialı
Şəhidlərimiz
22 Mart , 2015

Burunlu-Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənddir. Bu kənd rayon mərkəzindən 18 kilometr qərbdə yerləşir. Heyvandarlıq, quşçuluq, taxılçılıq, bostançılıq, baramaçılıq, yemçilik, meyvəçilik bu kənddə əsas məşğuliyyət növləri hesab olunur. Bir zamanlar kənd Kür çayının çox sərt burulub axan, indi isə axmaza çevrilən sahilində yerləşir. Bu əyriliyə coğrafi anlamda burun-burunlu deyilmişdir.                                                                                                       Kənddə orta məktəb, klub, kitabxana və sairə var. Burunlu Zərdabda məskunlaşan dörd Müskürlü tayfasından biri olduğu üçün bir zamanlar Burunlu Müskürlüsü də adlandırılmışdır. Zəngilanda və indiki Ermənistanın Sisyan rayonunda da Burunlu adında kənd olub. Sisyandakı burunlu kəndinin ilk sakinləri 1918-ci ildə ermənilər tərəfindən qarət edilib yurdlarından qovulmuşdular.

Ərazisi 925 hektar
Əhalisi 576 nəfər

Məlumat zerdab.com saytına əsasən verilir.