7 saylı Məmmədqasımlı kənd kitabxana filialı

7 saylı Məmmədqasımlı kənd kitabxana filialı
Tədbirlər
8 May , 2018
8 may 2018-ci il tarixində Məmmədqasımlı kənd kitabxana filialı 9 may Qələbə Günü münasibətilə sərgi və söhbət təşkil edib.
Söhbətdə  Kitabxananın  müdiri  Elfa mirzəliyeva, kitabxanaçı G.Müzəffərova  və  kənd Mədəniyyət evinin əməkdaşları  iştirak ediblər.
E.Mirzəliyeva  tədbir iştirakçılara 9 may Qələbə Günü haqqında məlumat verib və sərgi ilə tanış edib. Qeyd edib ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.
Sonda iştirakçılar naməlum əsgərin abidəsi önünə gül-çıçək dəstəsi qoydular.