27 saylı Alıcanlı-1 kənd kitabxana filialı

27 saylı Alıcanlı-1 kənd kitabxana filialı
Xəbərlər
25 Yanvar , 2018

25 Yanvar , 2018

26 Yanvar – Ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin 155 illiyi,
(1863-1920)
Firidun bəy Əhmədağa oğlu Köçərli 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlmişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy Köçərli öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci illər ərzində o, burada təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan
şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri vəzifəsində işləmişdir. “Vətən dilinin” I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. Mütəxəssilərin də təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy Köçərlinin böyük xidmətləri olmuşdur. F. Köçərli Azərbaycanın tanınmış ədəbiyyatşunası, pedaqoq və publisistidir. O, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə
aparmışdır. Onun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Azərbaycanın ən
dəyərli sərvətlərindəndir. Firidun bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı”
adlı ilk iri həcmli əsərini qələmə almışdır. Zaqafqaziya müəllimlər seminariyasında
işlədiyi illərdə “Azərbaycan türk ədəbiyyatı” əsərini bitirmişdir (1908). Lakin bu
əsər sovet hakimiyyəti illərində Bakıda “Azərbaycan ədəbiyyatı tarixi materialları ”( iki cilddə) adı ilə nəşr edilmişdir (1925-1926). Burada XVIII-XIX əsr Azərbaycan ədəbiyyatının ilk geniş elmi şərhi verilmişdir. Əfsuslar olsun ki, əsərin XX əsr ədəbiyyatından bəhs edən hissəsi itmişdir. Zaqafqaziyanın dövri mətbuatında onun rus, gürcü və Azərbaycan klassik yazıçıları haqqında saysız-hesabsız ədəbi oçerkləri, məqalələri çıxmışdır. Firidun bəy Köçərli Sovet hakimiyyətinin ilk aylarında repressiyaya məruz qalmışdır. 1920-ci il iyunun 2-də Gəncədə həbs olunmuş, həmin ayın 21-də güllələnmişdir.
Kitabları: “Seçilmiş əsərləri” (1963), “Azərbaycan ədəbiyyatı tarixi materialları”
(1978), “Təlimi Sokrat” (1881), “Balalara hədiyyə” (1987) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.