27 saylı Alıcanlı-1 kənd kitabxana filialı

27 saylı Alıcanlı-1 kənd kitabxana filialı
Tədbirlər
19 Mart , 2019

 19 mart 2019-cu il tarixində   Alıcanlı-1 və Alıcanlı-3 kənd  kitabxana filiallarının əməkdaşları  Novruz bayramı ilə əlaqədr Alıcanlı kənd tam orta məktəbi ilə birgə   “Elimizin gözəl bayramı” adlı şənlik tədbiri keçirdilər.

Tədbirdə Məktəbin müəllim və şagird kollektivi,  kənd İcra nümayəndəliyinin, kənd bələdiyyəsinin, kitabxanaların əməkdaşları və kənd Diyarşünaslıq klubunun əməkdaşları iştirak etdilər.

 Tədbiri  Alıcanlı kənd tam orta məktəbinin direktoru  açaraq qonaqları salamladı, qarşıdan gələn bayram münasibətilə hamını təbrik etdi. O, Novruzun yaranması, xüsusiyyətləri, adət-ənənələri  haqqında məlumat verdi.

 Tədbirdə Novruz bayramı ilə bağlı şeirlər söylənildi, rəqslər nümayiş olundu.

Kosa və Keçəlin  gəlişi, deyişmələri və yumurta döyüşdürmələri  tədbir iştirakçılarının böyük marağına səbəb oldu .