32 saylı Lələağacı kənd kitabxana filialı

32 saylı Lələağacı kənd kitabxana filialı
Rayon haqqında
30 Noyabr , -1

 Lələağacı - Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənddir. Zərdab şəhərindən 10 kilometr cənub – qərbdə, Kür çayının sahilində yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti  heyvandarlıq, bostantançılıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıq, balıqçılıqdır. Burada əsas məktəb, klub, kitabxana, xidmət obyektləri və s. var. Bəzi iddialara görə Lələağacı keçmişdə Qaravəlli də adlanıb. Kəndin qərbindəki sahələrdən biri indi də Qaravəlli qalası adı ilə tanınır. Bir vaxtlar bu kənd indiki yerindən bir qədər şərqdə – Kürün sahilindəki Yurd yeri adlanan ərazidə olmuşdur. Köhnə Gəlmə adlanan, indiki Gəlmə kəndi sakinlərinin ata – babalarının bir zamanlar yaşadığı kənd də Lələağacının lap yaxınlığıda, Kür sahilindədir. Deyilənlərə görə kəndin adı burada ilk ağac əkib böyüdən Lələ adlı şəxsin adı ilə bağlıdır, yəni Lələnin ağacı.

Ərazisi 836,43 hektar
Əhalisi 643 nəfər

Məlumat zerdab.com saytından götürülmüşdür.