32 saylı Lələağacı kənd kitabxana filialı

32 saylı Lələağacı kənd kitabxana filialı
Tədbirlər
19 Yanvar , 2018
19 yanvar 2018-ci il tarixində  32 saylı Lələağacı kənd kitabxana filialında 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar "Torpağı Vətən eyləyən oğullar" adlı anım tədbiri keçirilmişdir.

Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açılıb. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 

Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Tədbir iştirakçıları "Torpağı Vətən eyləyən oğullar" sərgisi ilə tanış oldular.