32 saylı Lələağacı kənd kitabxana filialı

32 saylı Lələağacı kənd kitabxana filialı
Tədbirlər
23 Fevral , 2018
Fevral ayının 23-də Lələağacı kənd kitabxana filialında Xocalı soyqrımının 26-cı  ildönümü münasibətilə ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirin əvvəlində Xocalı şəhidlərinin xatirəsi anıldı, baş verən qətliamın bəşər tarixinə düşmüş dəhşətli qırğınlardan biri olduğu bildirildi. Daha sonra tədbir iştirakçıları Xocalı soyqrımı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

 Kitabxananın müdiri A.Əzizli  çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqrım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

A.Əzizlinin təşkilatçılığı ilə məktəblilərin  hazırladıqları Xocalı soyqrımı qurbanlarına həsr olunmuş kompozisiya təqdim olunub.
Foto Qalereya