32 saylı Lələağacı kənd kitabxana filialı

32 saylı Lələağacı kənd kitabxana filialı
Tədbirlər
15 Mart , 2018
Martın 15-də Lələağacı kənd kitabxana filialında Xalq Şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Sağlığında qiymət verin insanlara ” adlı şeir gecəsi keçirilib.

Tədbiri kitabxananın müdiri A.Əzizli tədbiri açaraq, C.Novruzun həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd etdi ki,şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.
Məktəblilər şairin şeitlərindən söylədilər və şeirlərinə bəstələnmiş mahnılar ifa etdilər.