32 saylı Lələağacı kənd kitabxana filialı

32 saylı Lələağacı kənd kitabxana filialı
Tədbirlər
3 Aprel , 2018
Lələağacı kənd kitabxana filialında 2 aprel "Beynəlxalq  Uşaq    Kitabı"  günü münasibətilə"Kitab elm mənbəyidir" adlı tədbir təşkil edilib. 
Kitabxananın müdiri A.Əzizli bu  günün  qeyd   olunmasının  maraqlı  tarixi haqqında məlumat verdi.  Uşaqlara  Azərbaycan  xalq  nağılları  haqqında   məlumatlar  verdi. Bu nağılların  xalqın  dilindən  söylənərək, yazıya  çevrilməsini bildirdi.
 Dünya  uşaq  ədəbiyyatına  aid  olan  kitablarla  uşaqlar  tanış oldu. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların intellektual  inkişafında  kitabın rolunu  artırmaq, kitaba  sevgi  aşılamaq  idi. 
Sonda uşaqlar "Uşaqlar bizim gələcəyimizdir" başlıqlı sərgi ilə tanış oldular.
Foto Qalereya