32 saylı Lələağacı kənd kitabxana filialı

32 saylı Lələağacı kənd kitabxana filialı
Tədbirlər
1 İyun , 2018

1 iyun 2018-ci il tarixində Zərdab  rayon MKS-inin  Lələağacı kənd filialında 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcəyimizi qoruyaq” adlı tədbir keçirilmişdir. Tədbirdə  Lələağacı kənd ümumi orta məktəbin  uşaqları iştirak edirdilər.

Tədbir iştirakçılarını, xüsusilə balaca fidanları salamlayan kitabxananın müdiri  Aydan Əzizli tədbirin proqramı haqqında məlumat verdi. O vurğuladı ki,uşaqlar bizim gələcəyimizdir, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

Tədbirin sonunda "Uşaqlar bizim gələcəyimizdir" başlıqlı sərgini  uşaqlar maraqla seyr etdilər.

Foto Qalereya