32 saylı Lələağacı kənd kitabxana filialı

32 saylı Lələağacı kənd kitabxana filialı
Tədbirlər
18 Oktyabr , 2018

17 oktyabr 2018-ci il tarixində 32 №-li Lələağacı kənd kitabxana filialında 18 Oktyabr Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümü ilə əlaqədar “Müstəqil Azərbaycanım”adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Himni başalayıb.

Tədbiri açan kitabxananın müdiri Aydan Əzizli Azərbaycan Respublikasının inkişaf etdiyini, müstəqillik qazandığımız son 27 ildə istər iqtisadi, istərsə də sosial sahədə irəlilədiyini vurğulayıb:Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.

Kitabxananın oxucusu Nuray Cəfərli “Müstəqil Azərbaycanım” adlı məruzə iləı çıxış edib.

Sonra tədbir şagirdlərin iştirakı ilə  maraqlı  şeir kompozisiyası  ilə yekunlaşıb.