32 saylı Lələağacı kənd kitabxana filialı

32 saylı Lələağacı kənd kitabxana filialı
Tədbirlər
7 Mart , 2019

 07 mart 2019- cu il tarixdə  Lələağacı kənd kitabxana filialında 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Adın şərəflidir,sənin ey qadın!” adlı   tədbir keçirilmişdir.

Tədbiri giriş sözüilə  kitabxananın müdiri Aydan Əzizli açaraq 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətiilə qadınları təbrik edib, onlara ailə xoşbəxtliyi,  uğurlar diləyib.
O, cəmiyyətdə və ailədə qadınların rolundan danışaraq, onların ictimai həyata, ailəyə mənəvi dayaq olduqlarını söyləyib. Seyfəddin Feyzullayev vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır. Qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.

Tədbirlərdə qadınlara, analara aid şerlər söylənilmişdir .