33 saylı Otmanoba kənd kitabxana filialı

33 saylı Otmanoba kənd kitabxana filialı
Tədbirlər
30 Mart , 2018
30 mart 2018-ci tarixində Otmanoba  kənd kitabxana filialında 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar "Tariximizin faciəli səhifəsi"adlı dəyirmi masa  keçirildi.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Kitabxananın müdiri Arzu İbrahimova tədbiri açaraq, mart soyqırımı haqqında məlumat verərək bildirdi ki,

Azərbaycanlıların mart soyqırımı 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilib. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın insan qətlə yetirilib, 10 minlərlə vətəndaş itkin düşüb.

Mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.