33 saylı Otmanoba kənd kitabxana filialı

33 saylı Otmanoba kənd kitabxana filialı
Tədbirlər
8 May , 2018
08.05.2018 ci il tarixdə  Otmanoba  kənd  kitabxana filialında Şuşa şəhərinin işğalı günü ilə əlaqədar   anım günü keçrildi. Tədbirdə  otmanoba kənd tam orta məktəbin şagirdləri  iştirak etdilər.

Tədbiri giriş sözü ilə  kitabxana filialının müdiri  Arzu İbrahimova  açaraq qeyd etdi ki, qeyrət qalası Şuşanın işğalından bu gün 25 il keçir. 25-ildir ki, Azərbaycanın mədəni və təbiət incisi Şuşa erməni işğalçılarının tapdağına məhkum olub. Mənfur erməninin və havadarlarının təcavüzkar siyasəti nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda Şuşa şəhərindən 195 nəfər şəhid, 165 nəfər əlil olmuş, 158 insan isə itkin düşmüşdür.