4 saylı filial- 28 May adına uşaq kitabxanası- (Zabrat I qəsəbəsi)

4 saylı filial- 28 May adına uşaq kitabxanası- (Zabrat I qəsəbəsi)
Xəbərlər
30 Noyabr , 2016

28 noyabr tarixində Sabunçu rayon MKS-nin 4 saylı filialı 192 saylı tam orta məktəbin 10 və 11-ci sinif şagirdləri ilə birlikdə “Gənclik və kitab” adlı tədbir keçirdi.

Tədbiri məktəbin direktoru Sevinc Qəmbərova açaraq, tədbirin məqsədi haqqında məktəblilərə məlumat verdi. Sonra söz Sabunçu rayon MKS-nin 4 saylı filialının müdiri V.Məmmədova verildi. Çıxışında bildirdi ki, insan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla müasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir.Mütaliə insanlar üçün fasiləsiz artmaqda olan sosial tələbatdır. Dil ədəbiyyat müəllimi S.Fətəliyev də gənc nəslin asudə  vaxtının  kitablarla səmərəli  keçirilməsi üçün təkliflərini səsləndirdi. Sonra mövzu ərtafında disskusiya aparıldı. Mütamadi olaraq bu tip tədbirlərin keçirilməsinin  məqsədəuyğun olduğu qeyd olundu.


Foto Qalereya