9 saylı filial-Nardaran kütləvi kitabxana

9 saylı filial-Nardaran kütləvi kitabxana
Tədbirlər
7 May , 2019
7 may tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Sabunçu rayon MKS-nin 9 saylı kitabxana filalında "Şuşasız illər ''adlı sərgi və söhbət keçirilib. Söhbətdə 130 saylı məktəbin şagirdləri iştirak edib. Söhbəti 9 saylı filialın mudiri F.Salmanova apararaq qeyd edib ki Şuşa   1992 ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal edilib. Bu işğal nəticəsində 22 min azərbaycanlı öz yurdundan didərgin düşüb. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə isə 195 nəfər soydaşımız şəhid olub.İşğal nəticəsində Şuşada bir sıra tarixi mədəniyyət abidələri düşmən tərəfindən talan edilib.Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla abidələri , o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Xurşudbanu Nətavanın evi Molla Pənah Vaqifin məğbərəsi  yağmalandı. Hətta Üzeyr Hacıbıyov, Bülbül, Nətavan kimi tarixi şəxsiyyətlərin  heykəlləri düşmən gülləsinə tuş gəldi.

Sonda F.Salmanova ermənilərin zəbt etdikləri torpaqlarımızı sülh yolu ilə tətk edəcəklərini, əks təqdirdə isə Azərbaycanın rəşadətli ordusu tərəfindən azad ediləcəyini söylədi.
Foto Qalereya