12 saylı filial-Zərbəçi adına uşaq kitabxanası (Zabrat II qəsəbəsi)

12 saylı filial-Zərbəçi adına uşaq kitabxanası (Zabrat II qəsəbəsi)
Elanlar
24 Noyabr , 2016

Zabrat qəsəbəsinin  tarixi və ənənələri çox qədimdir. Bura paytaxtın ən qədim kəndlərindən biri kimi tanınır. Qədimlərdə Zabratı iki hissəyə ayırıblar. Bura birinci və ikinci Zabrat deyə adlar qoyublar. Amma rəsmi sənədlərdə belə adlar yoxdur. Buna baxmayaraq kənd camaatı  öz aralarında bu şərti bölgüdən istifadə edirlər.

Zabrat qəsəbəsi  Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbədir.Ərazisi 23,5 km2-dir.

Zabrat qəsəbəsi  Bakı şəhəri Sabunçu rayonu ərazisində dəmiryolu stansiyası və yaşayış           məntəqəsidir.

Zabrat qəsəbəsi  şimaldan və qərbdən Kürdəxanı və Məmmədli qəsəbələri,     cənubdan Sabunçu qəsəbəsi, şərqdən Maştağa kəndi ilə əhatə olunmuşdur.

1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə 27.912 nəfər əhali yaşayır.

 Tam orta məktəblər: 71, 75, 81, 192, 307

 İlk-peşə təhsil müəssisələri: 15 saylı Bakı Peşə Liseyi

 Məktəbəqədər müəssisələri: 260, 282 saylı körpələr evi-uşaq bağçası, 197 saylı uşaq bağçası

 Zabrat qəsəbəsində yerləşən səhiyyə müəssisələri: 21  №-li Şəhər Poliklinikası, 22  №-li Uşaq    Ruhi-əsəb Sanatoriyası, 37 №-li Kardiorevmatoloji Uşaq Sanatoriyası, Zabrat Müalicə Diaqnostika Mərkəzi

Zabrat qəsəbəsində yerləşən mədəniyyət ocaqları:  “Əvəz Paşayev” adına Mədəniyyət Evi,     32 nömrəli musiqi məktəbi,Sabunçu rayon MKS-nin  4  və 12 saylı kitabxana filialları  fəaliyyət göstərir.

Hacı Asif Huseynli 1973 ci ildə Zabrat kəndində anadan olmuşdur.Orta təhsilini kənddəki 75-saylı məktəbdə almışdır.Məktəbi qurtardıqdan sonra BDU-nə daxil olmuş və oranı bitirmişdir.1995-ci ildən kənddə 75-saylı məktəbdə tarix məllimi işləyir.2007-ci ildə Həcc ziyarətində olmuşdur. Zabrat kəndi haqqında yazılan “Zabrat və Zabratlılar” kitabının müəllifidir. “Zabrat və zabratlılarkitabı Bakının ən qədim kəndlərindən biri olan Zabrat kəndinə həsr olunmuş ilk ensiklopedik topludur. Kitabda kənddə yaşamış və yaşamaqda olan müxtəlif sahələrdə çalışan şəxslər haqqında geniş söhbət açılır.

                        

    Zabrat qəsəbəsində I əsrdən çox yaşı olan Hacı Tağı məscidi bu gündə fəaliyyət göstərir.  1893-cü ildə məscidin tikildiyi yeri Hacı Tağı təmənnasız olaraq vəqf verib.Məscidin bünövrəsi qazılanda təsadüfən öz bağlarından qayıdan Nabat xanım Aşurbəyova (Təzəpir məscidini tikdirən) yolun kənarında camaatın yığışdığını görüb faytonu saxlatdırır,burada məscid inşa olunacağını biləndə niyə balaca tikildiyini soruşur,Hacı Cəlil "Cibimizə uyğun tikirik"deyir. Nabat xanım məscidin iki dəfə böyük tikilməsini məsləhət görür və çatmayacaq məbləği ödəməyi öhdəsinə götütrür,bundan sonra məscidin böyük tikilməsi üçün Məmmədəli də öz torpağının bir hissəsini məscid üçün vəqf verir.Qeyd edək ki, məscidin tikilməsində bütun kənd sakinləri köməklik göstərmişlər.Hacı Cəlil tikintidə bənna kimi nəzarətçi olmuşdur.Zabrat kəndi ilə əlaqələri olan bir neçə Quba bəyi də məscidin inşası üçün pul vermişdilər.Məscidin damını qırlayarkən məscidə hörmət olaraq Hacı Əli Cəfər qıra nöyüt əvəzində quyruq yağı qatmağı məsləhət görür və məsrəfi üzərinə götürür.Qeyd edim ki, qıra 400 qoçun quyruq yağı qatılıb və o vaxtdan indiyəcən qır keyfiyyətini itirməyib.
Məlumat Asif Hüseynovun "Zabrat və Zabratlılar" kitabından götürülmüşdür.

Foto Qalereya