12 saylı filial-Zərbəçi adına uşaq kitabxanası (Zabrat II qəsəbəsi)

12 saylı filial-Zərbəçi adına uşaq kitabxanası (Zabrat II qəsəbəsi)
Xəbərlər
17 Yanvar , 2019
KİTABLA RƏFTAR QAYDALARI

KİTABLAR UZUN MÜDDƏT İSTİFADƏYƏ YARARLI QALMAQ ÜÇÜN ONDAN DÜZGÜN İSTİFADƏ ETMƏK ÇOX VACİBDİR.
• KİTABI ƏLİNİZƏ GÖTÜRƏRKƏN ƏLLƏRİNİZİN TƏMİZ OLMASINA DİQQƏT YETİRİN.
• KİTABLARI TOZDAN QORUYARAQ, RÜTUBƏTDƏN VƏ SU İLƏ TƏMASDAN UZAQ TUTUN.
• KİTABLARI GÜNƏŞ ŞÜALARINDAN MÜHAFİZƏ EDİN. • KITABLARI ÇİRKDƏN VƏ YAĞ LƏKƏLƏRİNDƏN QORUYUN, KİTAB OXUYARKƏN QİDA QƏBUL ETMƏYİN. BU HƏZM PROSESİNİ LƏNGİDİR VƏ QİDA QƏBULU ZAMANI OXUNAN İNFORMASİYA ÇƏTİN QAVRANILIR.
• KİTABLARI HƏŞƏRATLARDAN, GƏMİRICİLƏRDƏN MÜHAFİZƏ EDİN. BU MƏQSƏDLƏ XÜSUSİ MÜHAFİZƏ QAYDALARINDAN İSTİFADƏ EDİLİR.
• KİTABI FİZİKİ ZƏDƏLƏRDƏN QORUYUN: ONUN SƏHİFƏLƏRİNİ QATLAMAQ, KİTABIN ARASINA QALIN VƏ YA KOBUD ƏŞYA QOYMAQ, VƏRƏQLƏRİ ÇEVİRƏRKƏN BARMAĞI NƏM ETMƏK OLMAZ.
• KİTABIN SƏHİFƏLƏRİNİ YUXARI SAĞ KÜNCÜNDƏN ÇEVİRİN, SƏHİFƏLƏRİ AŞAĞI SAĞ KÜNCDƏN ÇEVİRDİKDƏ KİTABIN SƏHİFƏLƏRİ QEYD EDİLƏN RƏQƏMLƏR SİLİNƏ BİLƏR.
• OXUYARKƏN KİTABIN KÜNCÜNÜ QATLAMAQ OLMAZ, SƏHİFƏ KORLANA, KÜNC İSƏ BİR NEÇƏ İSTİFADƏDƏN SONRA CIRILA BİLƏR.
• KİTABI YAZMAQ, QƏLƏMLƏ VƏ YA MARKERLƏ QEYDİYYAT APARMAQ, İÇƏRİSİNDƏ ŞƏXSİ FIKİR VƏ RƏY BİLDİRMƏK OLMAZ.
• KİTABI QALDIĞIN YERDƏN OXUMAĞA DAVAM ETMƏK ÜÇÜN ƏLFƏCİNDƏN İSTİFADƏ ETMƏK LAZIMDIR.
• KITABA SÖYKƏNMƏK, ONDAN DAYAQ KİMİ İSTİFADƏ ETMƏK OLMAZ.
• KİTABIN CİLDİNƏ ZƏRƏR DƏYMƏSİN DEYƏ ONA ÜZLÜK KEÇİRMƏK LAZIMDIR.
• ƏGƏR KİTAB CIRILIBSA ONU YAPIŞDIRMAQ LAZIMDIR.
•KİTABI RƏFDƏN GÖTÜRƏN ZAMAN EHTİYATLA CİLDİN MƏRKƏZİ HİSSƏSİNDƏN TUTMAQ LAZIMDIR, YUXARI HİSSƏSİNDƏN TUTDUQDA KİTABIN KÖTÜYÜ CIRILA BİLƏR.
• KİTABIN CİLDİNƏ ZƏRƏR VERMƏMƏK ÜÇÜN ONU MAKSİMUM 120 DƏRƏCƏLİ BUCAQ ALTINDA AÇMAQ LAZIMDIR;
• NADİR VƏ QƏDİM NÜSXƏLƏRDƏN İSTİFADƏ ZAMANI XÜSUSİLƏ EHTİYATLI DAVRANMAQ, EHTİYAC OLARSA ƏLCƏKDƏN İSTİFADƏ ETMƏK LAZIMDIR.
• QƏZET VƏ JURNALLARI OXUYARKƏN LAZIM OLAN HİSSƏLƏRİ KƏSMƏK, CIRMAQ QƏTİ QADAĞANDIR. BUNUN ÜÇÜN SURƏTÇOXALTMA APARATI VAR Kİ, LAZIM OLAN SƏHİFƏLƏRİN SURƏTİNİ ÇIXARA BİLƏR, BUNUNLA DA, DİGƏR OXUCULARIN HƏMİN MƏNBƏDƏN İSTİFADƏ HÜQUQLARINI POZMAMIŞ OLARSIZ.
• KİTABLARIN “SAĞLAMLIĞI” BARƏDƏ DÜŞÜNSƏK, ÖZ SAĞLAMLIĞIMIZI QORUMUŞ OLARIQ