12 saylı filial-Zərbəçi adına uşaq kitabxanası (Zabrat II qəsəbəsi)

12 saylı filial-Zərbəçi adına uşaq kitabxanası (Zabrat II qəsəbəsi)
Tədbirlər
24 Fevral , 2020
Fevralın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-inin 12 №-li kitabxana filialı Ə.Paşayev adına Mədəniyyət evi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilən "Xocalı uşaqların dilində" adlı söhbət və kitab sərgisi təşkil olundu.
Uşaqlar kitab sərgisi ilə tanış olduqdan sonra, Xocalı qətliamında canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Söhbıt əsasında məlumat verildi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqın, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Sonda uşaqlar Xocalı faciəsinə həsr edilən vətən həsrətli şeirlər söylədilər.
Foto Qalereya