17 saylı Zurnabad kənd kitabxana filialı

17 saylı Zurnabad kənd kitabxana filialı
Tədbirlər
26 Fevral , 2014

     Göygöl rayon MKS-nin 17 saylı Zurnabad kənd kitabxana filialı 26 fevral 2014-cü il tarixində kənd məktəbinin şagirdləri ilə birlikdə Xocalı soyqırımı mövzusunda tədbir keçirmişdir. Tədbirdə “Xocalı soyqırımı” başlığı altında faciəni əhatə edən kitab sərgisi nümayiş etdirildi. Çıxış üçün söz Zurnabad kənd ərazi dairəsi üzrə icra nümayəndəsinə verildi. Məktəblilər o qanlı faciəyə həsr olunmuş şeirlər söylədi, filial müdiri Mirzəyeva Raisə faciə ilə əlaqədar məruzə oxudu, kənd mədəniyyət evinin işçiləri faciə ilə bağlı çıxış etdilər.