26 saylı Hacıməlik kənd kitabxana filialı

26 saylı Hacıməlik kənd kitabxana filialı
Rayon haqqında
24 İyul , 2015

Hacıməlik qəsəbə haqqında

 

        Hacıməlik qəsəbəsi Gəncə şəhərinin 3 kmşərqində kəpəz dağının ətəyində yerləşir. Kəndin sol tərəfində (ipək yolu) Bakı- Qazax magistral avtomobil yolu və dəmir yolu keçir. Şiştəpə deyilən yerdən baxanda çox gözəl məzərəli görünür. Əhalisinin sayı 4117 nəfərdir. Qəsəbənin adı haqqında yaşlı ziyalılar belə deyirlər: Çar Rusiyasının ordusu 1904-cü ildə Gəncə şəhərinə hücum edən vaxtlarda kəndin ərazısındə ordunun silah- sürsat, barıt anbarı olub. Gəncə şəhərindən hacı Məlik adında bir şəxs həmin anbara su axıdıb. Silah-sürsatı yararsız hala salıb. Rus ordusuna çox ziyan dəyib. Bunu eşidən Türk generalı hacı Məlik kişini yanına cağırıb ona böyük torpaq ərazisi hədiyyə edib. Kənd isə həmin ərazidə bir necə ildən sonra salınıb. 1931-ci ildə Gəncə şəhərinə bir necə ziyalı adamlar Həsənov Abdulla, Hüseynov Cavad, Mirzəyev Qoşqar və başqalarının köməyi ilə “26”-lar adlanan kolxoz yaradıblar. O zaman kəndin əhalisi cəmi 10 ailədən ibarət olub. Hökümətin əli ilə Qulaca deyilən yerdə kəndin yaxınlığında yerdən qazma evlərdən ibarət Alıuşağı və Hacı Məmmədli yaşayış məskənləri kəndə köçürülmüşdür. Kəndə 3050 hektar ərazi verilmişdir. Kəndin adı isə Əzizbəyov adlandırılmışdır. Amma el arasında həmişə kəndə Hacıməlik deyilib.1931-1965-ci ilə qədər kənd (Kirovabad) indiki Gəncə şəhərinin tərkibində olub. Həmin vaxt 4 illik 1940-1976-cı illərdə 8 illik məktəb fəaliyyət göstərib. 1976-cı ildə 10 illik orta məktəb binası tikilib istifadəyə verilmişdir. Göy-Göl gölündən 1946-cı ildə kəndə içməli su Gəncə çayınnan isə suvarma suyu çəkilib. Bundan başqa əhali 4 subartezan quyusunun suyundan istifadə ediblər. Qaz xətti 1993-cü ildə çəkilib. Əhali əsasən hevandarlıq və əkinçiliklə məşğuldur. 05. 10. 1999-cu il tarixdən “Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Əzizbəyov kəndi Hacıməlik adlandırılmışdır. ..2006-ci ilin aprel ayında rayonun Haciməlik qəsəbəsində stansiya qurulmasi üçün EATS binasi tikilmişdir.

Hal- hazırda kəddə 1 kitabxana, 2 tam orta məktəb, kulub, tibb məntəqəsi, uşaq bağçası, poçt var.

            Kənd bir çox ziyalı şəxslər yetirmişdir. Gəncə şəhər Aqrar unversitetinin dekanı, akademik Abdullayev Qənbər Qara oğlu, Bakı şəhər mərkəzi qospitalın şöbə müdiri, podpolkovnik Əliyev Müzakir Dəmir oğlu, tanınmış Ədliyyə işçiləri və s.