58 saylı Yuxarı Ağcayazı kənd kitabxana filialı

58 saylı Yuxarı Ağcayazı kənd kitabxana filialı
Rayon haqqında
8 İyun , 2015

Yuxarı Ağcayazı-Ağdaş rayonununda kənd. Yaranma tarixi 1712-ci ildən hesablanır. Yuxarı Ağcayazı kəndi rayon mərkəzindən 27 km aralı, Şirvan düzündədir. Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir.

Toponim türk mənşəli “ağca” – rəng, “yazı” isə - çöl, düz, düzənlik mənasını ifadə edir.

Ərazisi 717 ha, təsərrüfatların sayı 200, əhalisi 641 nəfərdir. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur.

Kənddə tam orta məktəb, feldşer-mama məntəqəsi, klub, kitabxana var. 

Heydərov Arif Nəzər oğlu kəndin yetirmələrindən olub. 

Kənd sakinlərindən Kərimov Tərlan Ağamalı oğlu, Əhmədov Faiz Mahmud oğlu Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 

Kitabxana 1964-ci ildən fəaliyyət göstərir. Kitabxananın 4228 nüsxə kitab fondu var. 320 oxucuya xidmət göstərən kitabxananın illik kitab verilişi 7534 nüsxə olmuşdur. kitabxana kəndin ictimai işlərində yaxından iştirak edir, kənddə mədəni-kütləvi tədbirlərin keçrilməsini həyata keçirir. Kənddə gənc nəslin təlim-tərbiyəsində öz köməkliyini əsirgəmir.