Çobanabdallı kənd kitabxana filialı

Çobanabdallı kənd kitabxana filialı
Tədbirlər
21 Mart , 2015

  21 Mart Novruz Bayramı münasibəti ilə “Elimizə bahar gəlir” başlığı altında kitabxanada bayram şənliyi keçirildi.Tədbirdə İcra numayəndəsi, mədəniyyət evi, kitabxana işçiləri, məktəb kollektivi və kənd camatı iştirak etdi. Çobanabdallı kənd orta məktəbin 6-cı sinif şagirdi Qumral Əliyeva Elimizə bahar gəlir mahnısını ifa etdi , bundan əlavə bir neçə mahnı oxudu. Sonra Nəbi Əsgərov bir neçə xalq mahnıları ifa etdi. Sonra Çobanabdallı kənd orta məktəbin şagirdləri Asiman Mustafayeva,Xanım Məmmədova gözəl rəqs etdilər.Məktəb şagirdləri fincan oyunu təşkil etdilər. Təbrik üçün söz icra nümayəndəsinin sədri Elşad Məhərrəmova verildi.O,xalqımızın Novruz bayramını təbrik etdi. Sonra təbrik üçün söz Çobanabdallı kənd kitabxanasının müdiri Fatma Əsgərovaya verildi. O,tədbir iştirakçılarının salamladı, onlara uzun ömür can sağlığı arzuladı. Tədbir bütün tədbir iştirakçılarının rəqsləri ilə başa çatdı.