2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
18 Oktyabr , 2015

       Sabunçu rayon MKS-nin 2 saylı filialında 10 №li peşə məktəbinin şagirdləri ilə birlikdə Dövlət Müstəqilliyi günü münasibəti ilə “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə kitabxananın müdiri Türkünaz xanım aşdı:

       Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyev şah əsəridir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünyanın aparıcı dövlətləri ilə bir sırada addımlayır, öz mövqeyini möhkəmləndirir, müstəqilliyinin dönməz və əbədi olduğunu sübuta yetirir.

       Müstəqilliyimizin ilk illərində Azərbaycan çox böyük çətinliklərlə qarşılaşdı. Torpaqların ermənilər tərəfindən işğala məruz qalması, daxildə olan hərcməclik, vətəndaş müharibəsi təhlükəsi, iqtisadiyyatın dağılması və s. ölkəni çıxılmaz vəziyyətə salmışdı. Məhz o dövrdə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı.

       Bu gün müstəqillik yolu ilə inamla addımlayan Azərbaycan uğurlarını hər bir sahədə artırmaqdadır. Xarici və daxili siyasətdə, iqtisadiyyatda, təhsil sahəsində əldə olunan nailiyyətlər danılmazdır və bütün bunlar gələcək müvəffəqiyyətlərimizdən xəbər verir. Ulu öndər Heydər Əliyev kursunu bugün ölkə prezidenti İlham Əliyev layiqincə davam etdirir. Müstəqilliyimiz dönməzdir, əbədidir.