2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
8 Noyabr , 2015

       Sabunçu rayon MKS-nin 2 saylı filialında 9 noyabr Dövlət Bayrağı günü münasibətilə  67 saylı məktəbin şagirdləri ilə birlikdə “Bayrağım – Yenilməz vüqarımdır”  başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə şöbə müdiri M. Elmira açdı:

Müstəqil dövlətin rəmzidir bayraq!

Azad bir dövlətin əzmidir bayraq!

Azəri xalqının fəxridir bayraq!

Üç rəngli enilməz, dövlət bayrağı!

       Bayrağımız əbədidir. Bir zaman endirilsə də, gizlədilsə də, görünməsə də indi o daha ucalarda dalğalanır. Üç rəngli ay-ulduzlu bayrağımız bütün atributları ilə müstəqilliyimizi, Azərbaycan dövlətçiliyini, milli ideologiyalarımızın bütövlüyünü və eyni zamanda ümumbəşəri ideyalara sadiqliyimizi bütün dünyaya nümayiş etdirir.

       Bayrağımız qürur mənbəyimiz, and yerimizdir. Bayrağımız keçmişimizi bugünümüzə, bugünümüzü gələcəyimizə bağlayan bir tarixdir. Bayraq böyük qüvvədir. Bayraq elə bir qüvvədir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir. 

       İndi Azərbaycan Respublikasının Dövlət Bayrağı dünyanın 180-dən artıq müstəqil dövlətinin bayrağı ilə bir sırada dalğalanır. Ölkəmiz üçrəngli Dövlət Bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.