2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
16 Noyabr , 2015

Sabunçu rayon MKS-nin 2 saylı filialında 170 saylı məktəbin şagirdləri ilə birlikdə Milli Dirçəliş günü münasibəti ilə Milli Dirçəlişin banisi – Heydər Əliyevbaşlıqlı sərgi düzəldildi.

– XX əsrin 80 –ci illərin sonu 90 –cı illərin əvvəli Azərbaycan xalqının tarixinə milli məfkurənin yenidən oyanması, milli müstəqillik uğrunda mübarizə, ərazi bütövlüyü uğrunda xalq hərəkatı dövrü kimi daxil olmuşdur. Xalqın öz azadlığı və torpaqlarının bütövlüyünün qorunması uğrunda başladığı meydan hərəkatı 17 noyabr 1992 –ci ildən etibarən 22 ildir ki, Azərbaycan xalqı tərəfindən Milli dirçəliş günü kimi qeyd olunur. Bu gün də Azərbaycan xalqının azadlıq və demokratiya, milli birlik və tarixi torpaqlarımızın bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərimiz yad olunur. Ulu öndərimiz Heydər Əliyev demişdir ki, “Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa dövlət müstəqilliyinə nail olubdur. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda bu XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir”. 

– XX əsr tariximizin fenomen şəxsiyyəti olan Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Azərbaycanda xalqın siyasi mübarizə meydanına atılmasında milli özünəqayıdış prosesinin başlanmasında, özünüdərkin və xalqın öz gücünə inam hissinin formalaşmasında meydan hərəkatının, kütləvi mitinq və nümayişlərin böyük məktəb olduğu danılmaz faktdır. Məhz bu hərəkat xalqı azadlıq və müstəqillik uğrunda mübarizəyə qaldırdı, milli müstəqil dövlətçiliyimizin dirçəlməsi yolunda ilk qüdrətli təkan oldu. 

Ulu öndərimizin qurub yaratdığı müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.