2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
12 Dekabr , 2015

Sabunçu rayon MKS-nin 2 saylı filialında Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə 67 saylı məktəbin şagirdləri ilə birlikdə “Əbədi ölməzlik zirvəsi” başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə şöbə müdiri Ə. Sevinc açdı:

Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadı, ümmandı... Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdı... O dağınsa zirvəsi çox ucadır. Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq...

Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. 
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.

Heydər Əliyev siyasəti bütün dünyanı ehtiva edə bilir, düzgün istiqamətə yönəldirdi. Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi  onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi.

Sonra söz 67 saylı məktəbdə fəaliyyət göstərən Fəridə müəlliməyə veriildi:

Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı... Qısa zaman kəsiyində Ulu öndər xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi... Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu...

Ötən zaman kəsiyi göstərdi ki, məhz ulu öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı... 

İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir... Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu...

Ümumilli liderimiz Heydər Əliyev insan ömrünün mənasını belə qiymətləndirmişdir: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun ə\sl mənası bu həyatda öz yerini tutmaq mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.” Böyük öndərimizin bənzərsiz ömür yolu öz kəlamlarında deyilən bu şərtləri çox real əks etdirir. Bu ömür hər birimiz üçün örnəkdir və bu əsrlərdə vətənimiz üçün hər kəsin edə bilmədiyin ümumilli lider edib.