2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
30 Dekabr , 2015

       Sabunçu rayon MKS–nin 2 saylı filialında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə 155 saylı məktəbin şagirdləri ilə birlikdə “Birliyimiz – həmrəyliyimizdir” başlıqlı sərgi düzəldildi, tədbirkeçirildi. Tədbiri giriş sözü ilə abonement bölməsinin müdiri Ə.Sevinc açdı:

       Bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi isə bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi eytiyaca çevrilmişdir.

       Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış, ənənələrinə mədəniyyətinə tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən – ilə geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır.

       Dünya Azərbaycanlılarının Həmrəylik günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür.  

       Sonda Ə. Sevinc söhbət iştirakçılarını dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə təbrik etdi, en xoş arzularını bildirdi.