2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
2 Fevral , 2016

       Sabunçu rayon MKS–nin 2 saylı filialında 2 Fevral Gənclər günü münasibətilə 170 saylı məktəbin şagirdləri ilə birlikdə Gənclik – Cəmiyyətin çarpan ürəyi başlıqlı sərgi düzəldildi, dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə şöbə müdiri G.Kərimova açdı:

Mən gəncliyəm!

Qüdrətimə tunc qayalar baş əyir

Keçməkeşli cığırlarda neçə dəfə

Ayağıma daş dəyir

Dönməmişəm öz yolumdan

Vurulmuşam zaman-zaman

Əsirləri inadımla döyə-döyə

Yumruğumla yol açmışam gələcəyə

       Azərbaycan – dünyanın şah damarı, gəncləri də o damarlarda cahanı canlandıran sevgi iksirinin çeşməsidir. Bugünün gəncləri gələcək dünyamızın bugünkü memarları, mədəniyyətimizin inşasını davam etdirəcək ustalar, millətin gen yaddaşını qoruyan əsgərlər və inkişafımızın potensial gücü olmalıdır.

       Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.

       Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

       Belə bir aksioma varki hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir. Məsələn, qədim Spartada gəncləri nizam – intizam, qəhrəmanlıq və cəsarət ruhunda, Amerkalılar öz övladlarını sahibkarlıq bacarığı və rəqabət ruhunda, çinlilər loyarlıq, yaponlar isə əməkdaşlıq ruhunda böyüdürlər.

       Azərbaycanlılar isə öz gənclərini qəhrəmanlıq, mübarizlik ruhunda tərbiyə edir. Azərbaycan gənci daima döyüş meydanlarında zəfərlərlə böyümüş, inkişaf etmişdir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi ata babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.   

       “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.