2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
21 Fevral , 2016

Sabunçu rayon MKS-nin 2 saylı filialında 21 fevral - Beynəlxalq Ana dili günü ilə əlaqədar 67 saylı məktəbin şagirdləri ilə birlikdə “Ana dilimizə məhəbbət ruhunda” adlı söhbət keçirildi, sərgi düzəldildi. Söhbəti giriş sözü ilə oxuculara xidmət şöbəsinin müdiri Elmira xanım açdı:

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də özünəməxsusluğu , gözəliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir. Doğma ana dilimiz daş kitablardan üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn, Xətai qılıncundan sıyrılıb çıxan dilimiz həzin ana laylası ilə canımıza, qanımıza hopmuşdur. Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət dili elan edərək demişdir ki, “Babalarımızdan bizə üç şey yadigar qalmışdı: dilimiz, torpağımız, qeyrətimiz. Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilinin bir sözünü ləl-cəvahiratına dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın. Azərbaycan dövlətinin dil siyasəti ümumilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi – Ana dilimiz müstəqil Azərbaycan , Azərbaycan xalqının ən böyük milli sərvətidir – prinsipinə əsaslanır.

Ölkə prezidentinin dediyi kimi Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən onun qorunması, qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. 

Sonra söz 67 saylı məktəbin müəlliməsi  K.Əliyevaya  verildi.

Sonda şagirdlər dil haqqında şerlər söylədilər.

Foto Qalereya