2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
13 May , 2016

Sabunçu rayon MKS-nin 2 saylı filialında Beynəlxalq Ailə günü münasibəti ilə “Sağlam həyatın təməli” adlı dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə filialın müdiri T. İsmayılova açdı:

Ailə bəşəriyyətin ən böyük kəşfidir. Ailə insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin var olmaq, insanilik imkanlarının, kişiliyinin, qadınlığının aşkarlanma, təsdiq ünvanıdır. İnsanın həyat, dünya, özü haqqındakı bütün gözəl düşüncələri ailə quruculuğunda gerçəkliyə qovuşur. Güclü ailəçilik millətin və dövlətçiliyin təsdiqi, əbədi yaşarılığına çevrilir. Ailə hər şeydən öncə millətin özünütəsdiqinin başlanğıcı hesab edilə bilər. ailə məişəti bir xalq kimi Azərbaycanın özünü bərpa etmək, inkişaf etdirmək mədəniyyətidir.

Sonra söz şöbə müdiri E. Məmmədovaya verildi:

Hələ qədim zamanlardan Azərbaycan insanının düşüncəsində və əməlində ailə "müqəddəs ocaq"anlamında olmuşdur. Ümumilli lider Heydər Əliyev demişdir ki, ailədaxili münasibətlər cəmiyyətdaxili münasibətlərin güzgüsüdür. Çalışaq ailəmizdə olan problemləri vaxtında və münasib şəkildə həll edək ki, bu güzgü sağlam və dayanıqlı olsun. Ailə xoşbəxtliyin açarıdır. Sağlam gələcək üçün ailəmizi hər zaman qorumalı və nümunəviliyimizlə seçilməliyik. Uğurlu, fəxr ediləsi, örnək ailələr Azərbaycan gələcəyinin təminatçısıdır.

Sonda söz dəyirmi masada iştirak edənlərə verildi.

Foto Qalereya