2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
16 May , 2016

Sabunçu rayon MKS-nin 2 saylı filialında Laçının işğalının 24-cü ildönümü ilə əlaqədar 170 saylı məktəbin şagirdləri ilə birlikdə “Laçın - əsir torpağım” başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə sistem inzibatçısı M. Məmmədova açdı:

Artıq 24 ildir ki, Laçın erməni işğalçılarının tapdağı altındadır. Laçın hər bir azərbaycanlının qan yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzi milli azərbaycanlı ruhunun əbədi təcəssümü idi. 24 ildir ki, Laçının işğalı milli varlığımıza vurulan sağalmaz yaradır.

İnanırıq ki, ən yaxın vaxtlarda Laçının başının üstündəki qara buludlar çəkiləcək, erməni tapdağından azad olunacaq, elindən , obasından didərgin düşən qaçqınlar öz yurduna qayıdacaq. Bayrağımız dağın zirvəsində dalğalanacaq.

Foto Qalereya