2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
30 May , 2016

Sabunçu rayon MKS-nin 2 saylı filialında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə kitabxanada “Bir ovuc təbəssüm, bir dünya işıq” başlıqlı sərgi və “Dünyanı uşaqlara verək” adlı fotostend təşkil edildi, filialının işçiləri 170 saylı məktəbin şagirdləri ilə birlikdə “Bir ovuc təbəssüm, bir dünya işıq” başlığı altında tədbir keçirdilər.

Tədbirə Azərbaycan Respublikasının Dövlət himni ilə başlanıldı.

Tədbiri giriş sözü ilə məktəbin direktoru N. Mirzəyeva açaraq, istər respublikamızda istərsə də bütün dünyada yaşayan uşaqları bayram münasibəti ilə təbrik etdi, onlara aydın səma, parlaq günəş, bol - bol sevinc arzuldığını bildirdi. Qoy səhərlərimiz atəş səsləri ilə deyil, körpə gülüşləri ilə açılsın. Körpə gülüşü dünyanın sevinc himninə çevrilsin.

Sonra söz filialın müdiri T. İsmayılovaya verildi.

Sonra şagirdlər söylədikləri şeirlərlə, ifa etdikləri mahnılarla, müxtəlif səhnəciklərlə tədbiri şənləndirdilər.

Foto Qalereya