2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
23 İyun , 2016

Sabunçu rayon MKS-nin 2 saylı filialında Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə kitabxanada “Güclü ordu, güclü dövlət başlıqlı sərgi təşkil edildi, kitabxananın fəal oxucularına filialın işçiləri tərəfindən  məruzə edildi.

Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün artıq 17-ci ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

Güclü ordu elə güclü dövlət deməkdir. Bu gün sürətlə inkişaf edən Azərbaycanın silahlı qüvvələri də ölkənin bu inkişaf tempinə uyğun şəkildə formalaşır, daha da güclənir və qüdrətlənir. Ulu öndər Heydər Əliyev orduya qayğını, hörməti cəmiyyətin, xalqın şərəfli vəzifəsi hesab edirdi: “Müstəqil dövlətin özünün qüdrətli ordusu olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir!”.

Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Milli Ordusu-respublikamızın təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və müdafiəsini təmin etmək, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.

Bu gün Heydər Əliyev ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız sabaha böyük inamla baxır.
Həyatımızın bütün sahələrində, o cümlədən ordu quruculuğunda əldə olunan nailiyyətlər göz qabağındadır.

Foto Qalereya