2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
18 İyul , 2016

Sabunçu rayon MKS-nin 2 saylı filialında Ağdamın işğalı günü ilə əlaqədar  kitabxananın fəal oxucuları ilə birlikdə “Dünənini bugünü ilə yaşayan Ağdam” başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə şöbə müdiri E. Məmmədova açdı:

İşğal tariximizin daha bir günü 1993-cü il iyul ayının 23-ü Ağdamın tarixinə qara hərflərlə yazıldı. Ağdam Qarabağın dağı ilə aranı arasında tarixən formalaşmış gözəl, bənzərsiz bir şəhər idi. Ağdam Qarabağda bir qalaya bənzəyirdi.

Ötən illərin arxasında minlərlə insanın keşməkeşli taleyi, savaş və şəhidlik, ata-baba yurdunun itirilməsi, məcburi köçkünlük, qəm və kədər, yıxılan böyük bir elin yenidən ayaq üstə qalxması, yaşamaq eşqi, viran qalmış Ağdama qayıtmaq arzuları, sabaha böyük inam dayanıb. Barıt qoxulu torpağın ağrıları göynəsə də ümidləri daha çoxdur...

Ağdamın işğalı təkcə ağdamlıların deyil, bütün Azərbaycanın ağrısıdır. Ümummilli liderimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!”

İnanırıq ki, ən yaxın vaxtlarda Qarabağ savaşında yüzlərlə şəhid verən Ağdam erməni işğalından azad ediləcək. Beləcə Ağdam köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq.

Sonra sözü abonement bölməsinin müdiri S.Əliyevaya verdi. Sevinc xanım Ağdam şəhərinin tarixindən, Respublikamızın həyatında Ağdamın həm iqtisadi, həm də elmi potensialına görə oynadığı mühüm roldan söz açdı. 

Foto Qalereya