2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
5 Avqust , 2016

Avqustun 5-də Sabunçu rayon MKS-nin 2 saylı filialı yerləşdiyi ərazidə “Açıq kitabxana” layihəsi çərçivəsində tədbir keçirib.

İlk olaraq filialın müdiri T.İsmayılova tədbir iştirakçılarını salamladı. Bildirdi ki, təşkil edilmiş “Açıq kitabxana” layihəsi oxucuların və bütün vətəndaşların kitab mütaliə etməsinə xidmət edəcək. Oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, uşaq ədəbiyyatı geniş yer tutub.

Kitabxananın əməkdaşları sakinlərlə mütaliənin əhəmiyyəti haqqında söhbətlər apararaq onları maraqlandıran sualları cavablandırıblar.

“Açıq kitabxana" ya maraq göstərən sakinlər nümayiş olunan kitablarla yaxından tanış olublar və sevdikləri kitabları seçərək oxuyublar. 

Foto Qalereya