2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
3 Aprel , 2017

3 aprel tarixində Sabunçu rayon MKS –nin 2 saylı filialının işçiləri Beynəlxalq Uşaq Kitab günü ilə əlaqədar “Danışan kitablar” başlıqlı sərgi təşkil etdilər.

Sərgidə oxuculara təqdim edilən kitablar arasında uşaq ədəbiyyatı geniş yer tutub.

Yaxşı deyiblər, yaxşı kitabları oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir.

Müasir dövrdə kitab hər bir xalqın mədəni irsini, tarixini, inkişaf səviyyəsini beynəlxalq arenaya çıxaran, tanıdan, təbliğ edən mühüm vasitədir. Müdriklər “Kitab böyük qüvvədir”, “Kitab həyatın aynasıdır” deyiblər.

Doğrudan da, bəşəriyyətin ən mütərəqqi kəşfi olan kitab insanları mənən zənginləşdirir, əqidəsini və həyat yolunu formalaşdırır, internetin və müxtəlif sosial şəbəkələrin populyar olduğu bir zamanda da kitab strateji əhəmiyyətini itirməmişdir. 

Foto Qalereya