2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
8 May , 2017

Yazılsın tarixə bir qızıl xətlə

45-ci ilin 9 may günü.

Başlansın şeirlə, sazla, söhbətlə

Bu ellər bayramı, ellər düyünü.

8 may tarixində Sabunçu rayon MKS–nin 2 saylı filialında Faşizm üzərində tarixi qələbənin 72-ci ildönümü ilə əlaqədar Xatirələr qocalmaz başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə abonement bölməsinin müdiri S.Əliyeva açdı:

9 May tarixi bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətini – fədakarlığını, vətənpərvərliyini, sarsılmaz mərdliyini nümayiş etdirmişlər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

İkinci dünya müharibəsi bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Kiçikdən böyüyə qədər o illərin dəhşətini şahidlərdən eşidərək yaddaşında nəsildən nəsilə ötürməkdədir. SSRİ dövründə yaşamış insanların zehnində isə bu məqam xüsusilə özünəməxsus bir yer tutur. Məktəb vaxtlarında dərsliklərdən oxuduğumuz və yaxud müharibənin dəhşətlərini yaşamış insanlardan eşitdiklərimiz bir ömür xatirimizdən silinməyəcək. Bununla yanaşı o şərəfli yolu keçmiş insanlara qarşı qəlbimizdə yer tutan hörmət və məhəbbət hər zaman təravətini qoruyacaq.

İkinci Dünya müharibəsi miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü, dəhşətlisidir.

Böyük Vətən müharibəsi hadisələri zaman keçdikcə tarixə çevrilmişdir. Lakin bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların adları yaddaşımızdan sılınmir və bizləri daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.

Bu gün cəmiyyətimizdə müharibə veteranlarına böyük hörmət və ehtiram vardır. Onların döyüşlərdə göstərdikləri rəşadət, müharibədən sonrakı bərpa və quruculuq illərində çəkdikləri zəhmət Vətənə xidmət nümunəsi – həyat dərsidir. Vətəni sevmək, Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir.

Mənəvi-siyasi birlik, vətənpərvərlik, çoxmillətli xalqların dostluğunu yaratdı. Böyük Vətən müharibəsi Azərbaycan xalqı üçün də sagalmaz yaralarla başa çatdı.

Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaqdır. Onların həyat yolu bugünkü və gələcək nəsil üçün nümunədir.

Qoy çalıb oynasın vətən torpağı,

Göylər səcdə qılsın bu ülviyyətə.

Ölümün, zülmətin qara bayrağı

Bu gün təslim oldu bizim qüdrətə.

Foto Qalereya