2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
10 May , 2017

10 may tarixində Sabunçu rayon MKS –nin 2 saylı filialında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 –cü ildönümü ilə əlaqədar 10 №li peşə məktəbin şagirdləri ilə birlikdə “Dünya siyasətinin bənzərsiz lideri” başlıqlı sərgi düzəldildi, söhbət keçirildi. Söhbəti giriş sözü ilə filialın müdiri Türkinaz xanım açdı:

Ümumilli liderimiz Heydər Əliyev insan ömrünün mənasını belə qiymətləndirmişdir: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsl mənası bu həyatda öz yerini tutmaq mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır.” Böyük öndərimizin bənzərsiz ömür yolu öz kəlamlarında deyilən bu şərtləri çox real əks etdirir.

Yüksək insani keyfiyyətlərinə, dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev nadir tarixi şəxsiyyətlər sırasındadır. Bugün müstəqil Azərbaycan dövlətinin yaşaması qüdrətli ölkə kimi təşəkkülü üçün Heydər Əliyevə borcluyuq. Ulu öndər əmanət olaraq, xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan Azərbayacan qoydu. Heydər Əliyevin adı Azərbaycan tarixinə əbədi həkk olunmuşdur. İllər keçəcək xalqımız Heydər Əliyevin adını nəsillərdən nəsilə ötürəcək və əbədi yaşadacaq. Azərbaycan prezidenti İlham Əliyev deyir: “Azərbaycan xalqı Heydər Əliyevə yalnız bir prezident kimi deyil, Azərbaycanın müasir inkişafına güclü təsiri olan bir şəxsiyyət, bütün həyatını xalqın inkişafına həsr etmiş bir insan kimi münasibət bəsləyir.” Aradan çox-çox zaman ötəcək lakin Azərbayacan xalqının ulu öndəri Heydər Əliyev ideyaları daim yaşayacaqdır. 

       Sonda Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş sərgiyə baxış keçirildi.

Foto Qalereya