2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası

2 saylı filial - M.Dilbazi adına uşaq kitabxanası
Tədbirlər
15 May , 2017

15 may tarixində Sabunçu rayon MKS –nin 2 saylı filialında Beynəlxalq Ailə günü münasibəti ilə “Ailə - milli mənəvi dəyərlərin daşıyıcısıdır” adlı dəyirmi masa keçirildi.

Dəyirmi masanı giriş sözü ilə filialın müdiri T. İsmayılova açaraq, 15 may – Beynəlxalq Ailə günü ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. 

Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur.

Daha sonra oxuculara xidmət şöbəsinin müdiri E. Məmmədova öz çıxışında cəmiyyətin sağlam olması üçün onu təşkil edən ailənin daxili saflığından, bütövlüyündən, möhkəmliyindən söhbət açdı.

Sonda filial müdiri T. İsmayılova tədbirə gələn iştirakçıları Beynəlxalq Ailə günü münasibətilə təbrik edərək hər kəsə gözəl ailə səadəti arzu etdi.

Foto Qalereya